Qalkinin Pattayadakı konserti təşkilatçıların tələbi ilə ləğv edilib

...Sənətşi Maksim Qalkinin Tailandın Pattayadakı konserti təşkilatçılarının tələbi ilə ləğv edilib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə TASS-a tamaşanın yanvarın 24-də baş tutmalı olduğu Tailandın “Royal Cliff” hotel qrupu məlumat verib.

...Biz fərqliliklərin və mədəniyyətlərin həssaslığının vacibliyini başa düşürük və siyasi neytrallığa riayət edirik. “Royal Cliff” hotel qrupu təşkilatçılardan Maksim Qalkinin konsertinin ləğvi ilə bağlı rəsmi müraciət alıb.

Deyilənlərə görə, “Royal Cliff” hotel qrupun rəhbərliyi bu qərara qarışmayıb.

Tailand əyləncə sənayesindəki mənbənin bazar ertəsi TASS-a verdiyi məlumata görə, Qalkinin Pattaya və Pxuketdə konsertləri ləğv edilib.

Xatırladaq ki, bir müddət əvvəl Taylandda keçmiş Comedy Club rezidenti komediya ustası Ruslan Belinin konsertləri ləğv edilmişdi.

Sənətçinin çıxışlarının təşkilatçılarından gələn mesajda konsertlərin ləğvinin təşkilatçılardan asılı olmayan səbəblərə görə baş verdiyi göstərilib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə