Mahnıları və səhnə şouları ilə tanınan Yıldız Tilbe Nişantaşıda görüntülənib. SİA xəbər verir ki, məşhur müğənni onunla danışmaq istəyən jurnalistlərə sərt sözlər deyib. Həmişə eyni sualların verilməsindən narahat olan məşhur müğənni jurnalistlərin səhhəti ilə bağlı suala reaksiya göstərib: "İnsanları əsəbiləşdirirsiz və mənə dəfələrlə eyni sualları verirsiz, bəsdirin artıq. Mən çox acam çəkilin qabağımdan" deyərək jurnalistlərin suallarından qaçıb. Sənətçinin bu davranışı hər kəsi təəccübləndirib.
Sevilin Abbasova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB