Buryatiyada Orbakaitenin konsertlərini ləğv etməyi tələb ediblər?
Buryatiyanın “Müharibə qardaşlığı” müharibə və əmək veteranları təşkilatının rəhbəri Jambal-Jamso Janayev rus müğənnisi Kristina Orbakaitenin Ulan-Udedəki konsertlərinin ləğvini tələb edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Paraqraf” yazıb.
Qeyd edək ki, Orbakaitenin qastrol səfəri çərçivəsində konsert martın 13-nə planlaşdırılıb.
Janayevin sözlərinə görə, Buryatiya sakinləri tədbirə qarşı çıxırlar, çünki Orbakayte “ölkə əleyhinə danışıb”(?).
Qeyd olunur ki, “Müharibə qardaşlığı” artıq müvafiq tələblə Buryatiyanın Mədəniyyət Nazirliyinə məktub göndərib.
...Buryatiya əhalisi bu cür qadağaları dəstəkləyir. Biz ölkə əleyhinə danışan sənətçilərə qarşıyıq. Bizim respublikamız ən vətənpərvər respublikalardan biridir və biz vətənpərvər olmayanların danışmasına imkan verməyəcəyik.
Rus saytlarının yazdığına görə,..bunu Janayev bildirib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB