...Anastasiya İvleevanın qalmaqallı məclisinin iştirakçılarından biri olan rusiyalı müğənni Filipp Kirkorov işğalçı reputasiyası ilə çətin həyatından şikayətlənib. SİA bu barədə rus saytlarına istinad edir.

Rusiyanın “No Malaxov” teleqram kanallarından biri Kirkorovun stol arxasında oturaraq ona markalı əşyaların satışını dayandırdıqlarından şikayətləndiyi videonu yayıb.

Kirkorovun sözlərinə görə, ona uzun illər “Balenciaga” butikində xidmət edən satıcı Kseniya Monakodan zəng gəlib. Belə ki, satıcı qız Kirkorovun “rejimi və prezident Putini” dəstəklədiyi üçün təşkilatın bundan sonra ona geyim sata bilməyəcəyini bildirib.

Təbii ki, bundan pəjmürdə-hal olan Kirkorov, Dubayda konsert verəcəyini bildirərək, butikin xidmətindən yararlanmaq istədiyini deyib.

Lakin ona xidmətdən imtina ediblər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə