Müğənni Arina Rıjenkova Moskva kafelərindən birində uşaq dünyaya gətirib. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Regnum” agentliyi öz mənbələrinə istinadən yayıb.
Beləliklə, nəşrin məlumatına görə, Rıjenkova yanvarın 3-də Moskva qəhvəxanasının qadın tualetində uşaq dünyaya gətirib.
O, paltarına bükülmüş uşaqla tualetdən çıxarkən görüntülənib. Bundan sonra müəssisənin əməkdaşları polis və təcili yardım çağırıblar.
Həkimlər körpəni sənətçinin əlindən almağa çalışsalar da, o, ondan əl çəkməyib. Daha sonra həkimlər qızı razı salıb, onu və yeni doğulmuş körpəni müayinə ediblər.
Rıjenkova Yudin adına Dövlət Klinik Xəstəxanasının Doğum Evinə yerləşdirilib.
Müğənni oradan psixoterapevtlə danışmağa göndərilib.
...Hadisədən həftə yarım sonra Arina koronavirus diaqnozu ilə Moskvanın yoluxucu xəstəliklər xəstəxanasına yerləşdirilib. Qadında xəstəliyin yüngül forması aşkar edilib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB