Lobodanın Tailanddakı konserti ləğv edilib

Tailandda müğənni və Ukraynanın əməkdar artisti Svetlana Lobodanın konserti ləğv edilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Paraqraf” öz mənbəsinə istinadən yayıb.

Konsert yanvarın 25-nə planlaşdırılmışdı və Phuketdə baş tutmalı idi. Mənbənin sözlərinə görə, nəşrin həmsöhbəti bu qərarın səbəbini açıqlamasa da, tədbir ləğv edilib.

Konsertin tamamilə ləğv edilib-edilməməsi və ya tamaşanın başqa günə təxirə salınacağı da bəlli deyil.

Qeyd edək ki, bir müddət əvvəl Taylandda rusiyalı komediya ustası Maksim Qalkinin (Rusiya Federasiyasında xarici agent kimi tanınan) konserti də ləğv edilmişdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə