Maykl Ceksonun həyatından bəhs edən filmin nümayiş tarixi məlum olub

Dünyaşöhrətli amerikalı müğənni Maykl Cekson haqqında bioqrafiya 2025-ci il aprelin 18-də kinoteatrlarda nümayiş olunacaq. SİA xəbər verir ki, bu barədə “Variety” jurnalı məlumat yayıb.

Nəşrin məlumatına görə, “Maykl” filminin çəkilişləri yanvarın 22-də başlayacaq. Müğənninin rolunu onun qardaşı oğlu Cəfər Cekson ifa edəcək.

Rejissor “Kral Artur” (2004), “Təlim günü” (2001), “Atıcı” (2007), “Southpaw” (2015) kimi əsərlərin və “Böyük Ekvalayzer” serialının rejissoru Antuan Fukua olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə