Anna Asti və Malinin konsertlərinin ləğv edilməsi tələb edilib...

Saratov Vilayət Dumasının sosial siyasət komitəsinin sədri Roman Qribov sənətçilər Anna Asti (Anna Dzyuba) və Aleksandr Malinin xüsusi hərbi əməliyyat ilə bağlı dəqiq mövqe tutmadıqları üçün şəhərdəki konsertlərinin ləğv edilməsini tələb edib.

SİA-nın əldə etdiyi məlumata görə, o, VKontakte səhifəsində müvafiq bəyanat yayıb.

Qribov Anna Asti və Malinin reputasiyasını “qeyri-müəyyən” adlandırıb. Deputat qeyd edib ki, hər iki sənətçi Ukrayna vətəndaşıdır və hələ də xüsusi hərbi əməliyyat ilə bağlı mövqeyini bildirməyiblər.

O, həmçinin xatırladıb ki, Anna Astinin aparıcı Nastya İvleevanın “çılpaq” gecəsinin iştirakçısı olub və Malinin “Banderanın “Chervona Kalina” himnini ifa edib.

...Belə sənətkarlar üçün Saratov səhnələrinin verilməsini qadağan etmək lazımdır. Heç bir rusofob və köçkünlərin pul qazanmasına imkan verməməliyik!

Qribov bildirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə