56 yaşlı Culiya Roberts jurnalın üz qabığı üçün mini şortda poza verib
Amerikalı aktrisa və prodüser Culiya Roberts “Vogue” jurnalının Britaniya versiyasının üz qabığı üçün açıq-saçıq libasda pozalar verib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, müvafiq nəşr nəşrin İnstaqram hesabında dərc edilib.
“Gözəl qadın” filminin 56 yaşlı ulduzu qırmızı Gucci geyimində balkonda kamera qarşısına keçib.
Culiya sifarişlə hazırlanmış, kəmərli laklı gödəkçə, həmçinin mini şortik və şəffaf tayt geyinib. O, saçlarını dalğalandırıb və qızılı Chopard ürək formalı damla sırğalar taxıb. Bundan əlavə, sənətçi ayağını açan dərin yarığı olan qırmızı “Valentino” maksi paltarında və minimalist qara hündürdaban sandaletdə yerdə uzanaraq pozalar verib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB