Bella Hadid çılpaq tərzdə poza verib - FOTOLAR

2023-cü ilin ortalarında modelliyə ara verən və sağlamlığına diqqət yetirən ulduz model Bella Hadid 2024-cü ilin ilk jurnalının üz qabığı üçün çılpaq poza verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, məşhur modelin geri dönüşü pərəstişkarlarını sevindirib.

"Lyme" xəstəliyinin intensiv müalicələrindən sonra karyerasına ara verən Bella Hadid 2023-cü ilin avqustunda müalicə prosesini tamamladığını və normal həyata qayıtmağa hazırlaşdığını izləyicilərinə açıqlamışdı.
O, “Perfect” jurnalının yeni sayının üz qabığı üçün kamera qarşısına keçib. Ulduz model çılpaq poza verərək geri qayıdıb. Bella Hadid təkcə çəkiliş üçün poza verməklə kifayətlənməyib, həm də çəkiliş heyətini özü seçib və rejissorluq edib.

Bella Hadid bir gün əvvəl kiçik bikinili pozasını paylaşmasına baxmayaraq gözəl modelin fotosu 2 milyona yaxın bəyənmə toplayıb.

Sevilin Abbasova

Bütün xəbərlər Facebook səhifəmizdə