Fenomenin həbsxanada olmadığı üzə çıxıb

1 noyabr 2023-cü il tarixində Türkiyədə həyata keçirilən əməliyyatda fenomen Dilan Polat, biznesmen əri Engin Polat və 24 şübhəli saxlanılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, istintaq davam edərkən sosial media fenomeninin səhhətindən şikayətləri davam edir.

Dilanın 11 gündür xəstəxanada müalicə aldığı və antidepresan dərmanlarının dəyişdirildiyi öyrənilib. Digər tərəfdən, Polatın uşaqları da xəstəxanada analarını ziyarət edib. Müalicə alan Dilan Polatın yenidən həbsxanaya göndərilib-göndərilməyəcəyi maraq doğururdu. Həkimlərin yaxın günlərdə fenomeni göndərmə qərarını verəcəyi təxmin edilir.

Məşhurun vəkili Sevinc Horoz son olaraq açıqlama verib: “O, qısa müddətdir ki xəstəxanadadır və vəziyyəti yaxşı deyil. Uşaqları daim həbsxanada və xəstəxanada valideynlərinə baş çəkir. Düşünürük ki, onlar tezliklə yenidən bizimlə olacaq".

Sevilin Abbasova

Bütün xəbərlər Facebook səhifəmizdə