Hadisə və Murat Boz musiqisevərlərə unudulmaz gecə yaşadıblar

Türk pop musiqisinin iki nəhəng ulduzu Hadisə və Murat Boz 2024-cü ilin ilk meqa konserti ilə musiqisevərlərə unudulmaz gecə yaşadıblar. SİA xəbər verir ki, ikili yanvarın 6-da Nyu-Yorkun ən məşhur məkanlarından biri olan "City Center” səhnəsində Cümhuriyyətin 100-cü ildönümü münasibətilə təşkil olunmuş gecədə pərəstişkarları ilə görüşüb. Hadisə ilə Murat Boz birlikdə səhnəyə çıxaraq 6 ildən sonra duet oxuyublar. İkilinin "Nerdesin aşkəm” dueti tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə