Adamın az qala “halal olsun” deməyi gəlir...

...Sən demə, müğənni Filipp Kirkorov həyatını Rusiyasız təsəvvür edə bilmirmiş.

SİA-nın əldə etdiyi məlumata görə, o, bu fikirləri Dubayda restoranlardan birində konsert verərkən deyib. Müğənni, yenə də sən demə, vətənindən uzaqda belə rus ruhunun varlığını hiss edir.

...Həyatımı Rusiyasız - evimsiz təsəvvür edə bilmirəm. Ancaq bəzən Miladda isti olan yerlərə də səfər etmək lazımdır. Amma sonra, çox isti olanda, şaxtalarımıza getmək istəyirsən...

Bunu “Komsomolskaya Pravda” Kirkorovdan iqtibas edib.

Kirkorova görə, əsas odur ki, insanın ruhu donmasın. Onun fikrincə, əgər sevgi ürəkdə yaşayırsa, bu, heç vaxt baş verməyəcək.

Adamın az qala “halal olsun” deməyi gəlir...

Amma, gərək ki, eşitmiş olarsınız, bir müddət bundan əvvəl Anastasiya İvleevanın “çılpaqlar” şousuna qatılan Filipp Kirkorovu Rusiya məhkəməsi 2 milyon rubl cərimələyə bilər.

...Sizi bilmirəm, amma mənə elə gəlir ki, Kirkorovun bu “yalmanmağı” elə-belə də deyil...

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə