Aygün Bəylərin dəfn yeri BƏLLİ OLDU

Yanvarın 6-da vəfat edən Əməkdar artist Aygün Bəylərin dəfni, güman ki, sabah olacaq. SİA xəbər verir ki, bu barədə mərhum sənətçinin bacısı Zümrüd Hümmətova məlumat verib.

O, cənazənin hələlik Bakıya gətirilmədiyi üçün dəfnin sabaha nəzərdə tutulduğunu bildirib.

Bacısının sözlərinə görə, 48 yaşında dünyasını dəyişən Aygün Bəylər Suraxanı qəbiristanlığında dəfn ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə