Aygün Bəylərin cənazəsini Bakıya gətirəcək təyyarə yola düşüb
“Dünən Türkiyənin Ankara şəhərində müalicə aldığı xəstəxanada vəfat edən Əməkdar artist Aygün Bəylərin cənazəsinin Azərbaycana gətirilməsi ilə bağlı sənədləşmə işləri aparılır”. SİA xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat veriblər.
Qeyd olunub ki, vida və dəfn məsələlərinə təyyarə Bakıya çatdıqdan sonra qərar veriləcək: “Cənazə Aygün Bəylərin Suraxanıdakı evinə gətiriləcək”.
Sözügedən reys Ankaradan 12:50-də qalxıb.
Xatırladaq ki, uzun müddətdir, onkoloji xəstəlikdən əziyyət çəkən sənətçi dünən gecə Türkiyədə vəfat edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB