Hollivud aktyoru Kristian Oliver, həmçinin onun iki qızı və pilot Karib dənizində şəxsi təyyarənin qəzaya uğraması nəticəsində həlak olublar. SİA xəbər verir ki, bu barədə "Daily Mail" yazıb.
Qeyd olunur ki, Oliverin 51, qızlarının 10 və 12 yaşı var idi.
Oliver Almaniyada anadan olub, lakin demək olar ki, bütün həyatını ABŞ-da keçirib. O, "Yaxşı Alman", "Sürətli Yarışçı" və "Valkyrie" filmlərindəki rolları ilə tanınır. Bundan əlavə, o, bu yaxınlarda "İndiana Cons" franşizasının son hissəsinin çəkilişlərində iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB