“Çılpaq gecə”nin təşəbbüskarı Rusiyadan qaçmayıb...

"Çılpaq gecə”nin təşəbbüskarı olan teleaparıcı Anastasiya İvleeva öz Telegram kanalında Rusiyanı tərk etmədiyini bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bundan əvvəl messencerlərdə və mediada aktrisanın ölkəni tərk etmək qərarına gəldiyinə dair yazılar dərc olunmuşdu.

İvleeva videomüraciətində abunəçilərinə “Sankt-Peterburqdan ən şaxtalı salamlar” çatdırıb və hamıya “İnternetdə az oturmağı” tövsiyə edib.

Teleaparıcı dostları və ailəsi ilə vaxt keçirdiyini qeyd edib. O, hər kəsi “xəz paltosuna” və arxasındakı mənzərəyə diqqət yetirməyə çağırıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə