Şoumen İvan Urqant Yeni il günü pərəstişkarlarına çox vacib sözlər deyib.

...Kədərlənmə. Bir-birinizi incitməyin. Və bir-birinizdən inciməyin. Xeyirxah və diqqətli olun... Draqunskinin qəhrəmanının dediyi kimi, sizə cansağlığı və əyləncə arzulayıram! Yeni iliniz mübarək! Sevgi ilə.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu İvan Urqant ruslara müraciətində deyib.

“Komsomolskaya Pravda”nın yazdığı kimi, şoumen artıq iki ildir ki, qəribə işlərlə məşğuldur.

O, zəngin tamaşaçılar üçün çıxış edir və xaricə korporativ tədbirlərə gedir.

Belə ki, həmən tədbirlərin birində “Mən Rusiyanı sevirəm... Onu nə qədər sevdiyimi belə bilmirdim”-deyə bildirib.

Daha əvvəl “SP” yazıb ki, əvvəllər məşhur şən İvan Urqant həmtəsisçisi kimi qeyd olunduğu Dostlar Fondu üçün xeyriyyə hərracı keçirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə