“The Jackson 5” qrupunun üzvü, Maykl Ceksonun qardaşı Cermeyn Cekson təcavüzdə günahlandırılıb. SİA xəbər verir ki, bu barədə "Rolling Stone" jurnalı məlumat yayıb. Qeyd olunub ki, Rita Barrett adlı qadın musiqiçini məhkəməyə verib. Qadın musiqiçini evinə girərək ona zorakılıq göstərməkdə, ardınca isə cinsi təcavüzdə ittiham edib. Hadisə 1988-ci ildə baş verib.
Qadın daha sonra olanları Ceksonlarla birlikdə işləyən və ərini də tanıyan "Motown Records"un təsisçisi Berri Qordiyə danışıb. Lakin Berri qadının müdafiəsinə qalxmayıb, əksinə, onun sözlərinə görə, hadisəni ört-basdır etmək üçün hər şeyi edib. Ceksonlarla əməkdaşlıqdan böyük pullar alaraq Cermenin nüfuzunu qorumağa çalışıb.
Əvvəllər cinsi zorakılıqda ittiham olunmayan musiqiçi ittihamlara münasibət bildirməyib.
Məlumat üçün bildirək ki, sağlığında Maykl Cekson da uşaq təcavüzündə ittiham olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB