Zeynəb Xanlarovanın Röya barədə dediyi sözlər gündəm olub

Xalq artisti Zeynəb Xanlarovanın Röya Ayxan barədə dediyi sözlər gündəm olub. SİA xəbər verir ki, dünyaşöhrətli Zeynəb Xanlarova Röya haqda "ATV” televiziyasında "Bizimləsən" verilişində danışıb: "Oxuyanların içində ürəyimə yatan bir Röyadır. Mən onu çox bəyənirəm, bunu dəfələrlə demişəm. Ürəkdən danışıram. Onun 50 qram səsi var, 1 ton ürəyi. Ondan xoşum gəlir, qulaq asa bilirəm. O birilər inciməsinlər, yalandan tərifləyə bilmərəm".

Bütün xəbərlər Facebook səhifəmizdə