Atatürkün fotosunu paylaşan aktrisanın reklam müqaviləsi ləğv edildi - FOTO
Səudiyyə Ərəbistanının "Laverne" ətir markasının reklamında çəkilən məşhur türk aktrisa Hande Erçel "Superkubok" böhranından sonra sosial media hesabında Atatürkün fotosunu paylaşıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, şirkət bu paylaşımdan sonra aktrisa ilə reklam müqaviləsini ləğv etdiyini açıqlayıb.
Aktrisanın həmin paylaşımını təqdim edirik.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı rəsmilərinin dünənki "Superkubok" matçında Atatürkün pankartlarının açılmasına icazə verməməsindən sonra "Fənərbağça" və "Qalatasaray" komandaları matça çıxmayıb və klublar Türkiyəyə geri qayıdıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB