Faiq Ağayevin posteri "Times Square" meydanında

Bu gün doğum gününü qeyd edən cənab "Qızıl Şlyager" Faiq Ağayevə həmkarı Dilarə Kazımova qeyri adi ad günü hədiyyəsi təqdim edib. SİA xəbər verir ki, Kazımova ABŞ-də "Times Square" meydanında Xalq artisti Faiq Ağayevin posterini yayımlayıb və onu təbrik edib.

Görüntüləri sosial media hesabında yayımlanan xalq artisti qeyd edib: "Sevimli həmkarım Dilarə Kazımova mənə belə bir təbrik hazırlayıb. Təşəkkürlər gözəlim".

Bütün xəbərlər Facebook səhifəmizdə