Kardaşyanla bacısı arasında dava düşüb - FOTOLAR

43 yaşlı Kloe Kardaşyan milad səhəri şirin çörək hazırlayarkən bacısı Kayli Cennerlə mübahisə edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, mübahisə zamanı Kloenin Kayliyə sillə vurduğu deyilir.

Kamera bişmiş çörəyə fokuslanarkən, arxa fonda bacılar arasında mübahisənin qızışdığı görülüb. Mətbəxdə Milad pijamalarında dayanan bu iki bacı arasında gərginlik yaşanan zaman Kloe bacısına nalayiq ifadələr işlədib: "Səni görüm lənətə gələsən".

Sevənlərini təəccübləndirən bacılar, bir müddət sonra ikisi arasında baş verənlərin zarafat olduğunu bildirib.

Sevilin Abbasova

Bütün xəbərlər Facebook səhifəmizdə