Türkiyənin TV8 kanalının yarışması "O Ses Türkiye", yeni ilə özəl çəkilişlər həyata keçirib. SİA xəbər verir ki, Acun Ilıcalı, Beyazıt Öztürk, Murat Boz və Meryem Uzerlidən ibarət komandada bütün gözlər Hadisəni axtarıb.
Yeni il gecəsi üçün Acun bu dəfə aparıcı kreslosunda Beyazıt Öztürkün olmasını istəyir və Beyazın yerinə münsif kürsüsündə Acun Ilıcalı olacaq.
İlk görüntülərin gəldiyi çəkilişdə Ebru Gündeş və Murat Boz qucaqlaşaraq rəqs ediblər. Murat Bozun qara kostyum, Ebru Gündeşin isə qara kombinezon geyindiyi çəkilişdə, Məryəm Üzerlinin qızılı sarı libası göz qamaşdırıb.
Qeyd edək ki, bu il müsabiqədə türk məşhurlardan Devrim Özkan, Kubat, Müjde Devrim və Enis Arıkan kimi adlar səhnəyə çıxacaq.
Sevilin Abbasova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB