Tünzalə Ağayeva açıq-saçıq geyimlərindən danışdı - VİDEO

Artist səhnədə öz publikasından gözəl mənada fərqlənməlidir. Sən səhnədə əfsanə, nağıl, ya əlçatmaz bir film və obraz yarada bilirsənsə, bu obrazın niyyəti obraz olmaqdır. Başqa şey deyil. Sənə baxan gözlərin niyyəti və deyilən sözlərin niyyəti nədirsə, onu hər kəsin özü bilir. 23 ildə səsimlə, sənətimlə, obrazlarımla geyimlərimlə müxtəlif tənqidi söhbətlər eşitmişəm və eşidirəm. Bu, məşhurluğun aqibətidir. İkincisi, sən tanınırsans, arxanca danışırlarsa, bu, yaxşı bir şeydir, deməli, öndəsən, arxanca danışırlar. Amma ən önəmlisi odur ki, baxır, mənim haqqımda tənqidi kim deyir. Tənqidi musiqişünas, geyimdən başı çıxan etməlidir. Qalan hər şeyi bir torbaya toplayıb deyirəm ki, bu insanları tanımıram. SİA xəbər verir ki, bu sözləri “Özəl” verilişinin növbəti buraxılışında qonaq olarkən Xalq artisti Tünzalə Ağayeva deyib. Sənətçi aparıcının açıq-saçıq geyim tərzini tənqid edənlərə növbəti dəfə cavab verib: “Mənim üçün vacibdir ki, bu sözü mənə kim deyir. Gənc haqqında danışanda sevinir ki, Tünzalə Ağayeva haqqımda nəsə deyir. Mənə də haqqımda kimin nə dediyi vacibdir. Söhbət internetdən gedirsə, bir adam oturub yüz hesabdan yazır. Varlıqlarından xəbərim olmayanların nəsə deməyi əhəmiyyətli deyil. O ki qaldı sənət adamlarının söz deməyinə... Adekvat müğənni adekvat söz deyəcək. Başqasını isə həmkar hesab etmirəm. Mənim adıma hörmət etməyən kanalı, verilişi, aparıcını tanımıram”.

Bütün xəbərlər Facebook səhifəmizdə