Ailə qurduqdan sonra müğənnilik karyerası ilə vidalaşan Aysel Adıgözəlzadə Yeni il bayramı münasibətiylə Gülüstan Sarayında ənənəvi olaraq hər il təşkil olunmuş şənlikdə çıxış edib. SİA xəbər verir ki, Ayselin tədbirdən paylaşdığı video diqqət çəkib. O, uşaqlar üçün "Yeni İl" mahnısını səsləndirib.
Qeyd edək ki, sözügedən tədbir Heydər Əliyev Fondu tərəfindən Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində uşaqlar üçün şənlik təşkil edilib. Ənənəvi olaraq keçirilən şənlikdə müxtəlif uşaq evlərində və internat məktəblərində tərbiyə alan, xüsusi qayğıya ehtiyacı olan uşaqlar iştirak edir.
Məlumat üçün bildirək ki, Aysel 2009-cu ildə iran əsilli müğənni Araş ilə birlikdə ölkəmizi Moskva şəhərində keçirilən 54-cü Avroviziya Mahnı Müsabiqəsində təmsil edib və 207 xalla 3-cü yerdə qərarlaşıblar. O, 2012-ci ildə Xalq artisti Murad Adıgözəlzadə ilə ailə qurduqdan sonra karyerasına son verib. İddia olunur ki, həyat yoldaşı Ayselin müğənnilik fəaliyyətini davam etdirməsini istəməyib. Onun məşhur musiqiçidən 3 övladı var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB