"Özümdən başqa heç kimə qulaq asmadım" - Aktrisa

Türk aktrisa Nilgün Belgün dedikləri ilə diqqətləri üzərinə çəkib. SİA xəbər verir ki, aktrisa "İnstaqram”da yazı paylaşıb. “Heçkim sənin arxanda olanda mübahisəni, özüvü çətin anlarda necə ayaqda tutduğunu başa düşə bilməz! Bunların hamısını sən hər kəsdən daha yaxşı bilirsən" yazaraq öz hiss və düşüncələrini dilə gətirib.

"Buna görə özümlə aram çox yaxşıdır və özümü çox sevirəm. Bu həyatda çox çalışdım və cəsarətli idim. Mənim həyat möcüzəm mənim uğurlarımdır. Özümdən başqa heç kimə qulaq asmadım. Çünki heçkim sənin həyatını, düşüncələrini, yaşadıqlarını, istəklərini, seçimlərini səndən daha yaxşı bilə bilməz. Hekayə sənin hekayəndir və onu sadəcə sən idarə edə bilərsən", deyə o əlavə edib.

Sevilin Abbasova

Bütün xəbərlər Facebook səhifəmizdə