Safura həyat yoldaşı ilə özəl günlərini yada saldı - FOTOLAR

Ailə qurduqdan sonra müğənnilik karyerasından uzaqlaşan Safurə Əliyeva həyat yoldaşı Fərhad Əliyevin doğum gününü təbrik edib. SİA xəbər verir ki, Safura Əliyeva doğum günü tortunun üzərinə "Dünyanın ən yaxşı atası, yaxşı ki, dünyaya gəldin" yazdırıb. Həyat yoldaşı ilə birlikdə romantik anlarını bölüşən eks-müğənni "Doğum günün mübarək, sevgilim, həyatım və ən yaxşı dostum. Səni sevirəm" qeyd edərək ürək sözlərini yazıb.

Qeyd edək ki, Fərhad Əliyev keçmiş energetika naziri, mərhum Natiq Əliyevin oğludur. Safura - Fərhad cütlüyünün Ayşə adında bir qız, İsgəndər və Natiq adlı iki oğlan övladı var. Cütlük övladları ilə birlikdə İstanbulda yaşayır.

Bütün xəbərlər Facebook səhifəmizdə