Kolumbiyada məşhur müğənni Şakiranın abidəsi ucaldılıb. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS regional KİV-ə istinadən yazıb.
Agentliyin məlumatına görə, 6,5 metr hündürlüyündə heykəl onun doğulduğu Atlantiko departamentinin Barranquilla şəhərində quraşdırılıb.
Müğənni ictimaiyyət qarşısına bikinili paltarda, çılpaq ortalıq və uzun ətəklə çıxıb.
Bu görüntü onun Hips Don't Lie mahnısı üçün 2005-ci ildə çəkdiyi videoya istinad edir.
Heykəlin müəllifi yerli sənətkar İno Markesdir. ...Bəstələyən ürək, yalan danışmayan omba, müqayisə olunmaz istedad, kütlələri hərəkətə gətirən səs və uşaqlıq, insanlıq üçün gəzən yalın ayaq.
Deyilənlərə görə, heykəlin əsas qayyəsi budur.
Yeri gəlmişkən, Şakira bu il Latın Amerika Səsyazma İncəsənət və Elmlər Akademiyasından üç Grammy mükafatı qazanıb. Belə ki, o, “İlin mahnısı”, “Ən yaxşı pop mahnısı”, “Ən yaxşı şəhər və ya füzyon ifası” nominasiyalarında qalib olub.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB