Aktrisanın aldığı iş təklifi hər kəsi qısqandırdı

2017-ci ildə "İçimdəki Fırtına" serialından sonra heç bir layihədə kamera qarşısına keçməyən türk aktrisa Mərvə Boluğur müğənnilik karyerasına addım atmaq üçün sürpriz qərar verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, sosial şəbəkələrdəki paylaşımları və açıqlamaları ilə tez-tez adından gündəmə gələn Mərvə, son günlər aldığı milyonluq iş təklifi ilə çox danışılır.

Aktrisa gələcək planlarından danışıb: "Qarşıdan yeni il, yeni ümidlər, yeni həyəcanlar və yeni iş yerləri gəlir. 100 milyon TL təklif aldım. Dubaya gedib qırmızı xalçada gəzəcəm və həyatımda hər şey çox gözəl olacaq. Mənə bir çox xaricdən iş təklifi gəlir. Düşünürəm ki, yaxın zamanda ölkəni tərk edəcəm”.

Sevilin Abbasova

Bütün xəbərlər Facebook səhifəmizdə