Cənubi Koreyalı aktyor Li Sun Kyun vəfat edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, narkotikdən istifadə etdiyi üçün istintaqa cəlb olunan aktyorun ölümü ilə bağlı araşdırmalara başlanılıb. Aktyor milyonlarla izlənilən və “Oskar" mükafatı qazanan "Parazit" filmindəki rolu ilə tanınırdı.

Ölkənin xəbər agentliyi aktyorun dayanacaqda avtomobildə ölü tapıldığını yazıb. Aktyorun intihar edə biləcəyindən şübhələnilir, lakin onun yanında tüstülənmiş kömür blokunun olması diqqətdən qaçmayıb. Ölkə mətbuatı narkotik araşdırmasından sonra aktyorun televiziya və reklam işini itirdiyini yazır.

Sevilin Abbasova

Bütün xəbərlər Facebook səhifəmizdə