Amerikalı tanınmış aktyor və rejissor Mayk Nusbaum 100 yaşında vəfat edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, aktyorun ölümünü bütün mediayaya qızı Karen xəbər verib. Aktyorun ölümündə heç bir şübhəli hala rast gəlinməyib və ölümünün sadəcə yaşı ilə əlaqəli olduğu bildirilib.
Karen atası üçün son sözlərini dilə gətirib: “Atamın 100 yaşını qeyd etməyə 6 gün qalmışdı. Atamız bizi fərqli böyüdüb. O bizə insanlara hörmət etməyi, ədalətli olmağı öyrədib. Mənim atam çox yaxşı insan və yaxşı ata olub”.
Sevilin Abbasova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB