"Yarın Yokmuş Gibi" serialından ilk kadrlar yayılıb - FOTOLAR
Halit Ergenç və Tuba Büyüküstünün baş rollarda çəkildiyi və səbirsizliklə gözlənilən "Yarın Yokmuş Gibi" serialından ilk kadrlar yayılıb. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, Saner Ayarın prodüserliyi ilə çəkilən serialın çəkilişləri dekabrın 9-da başlayıb. Ssenarisini Ekin Ataların yazdığı, rejissorluğunu isə Zeynep Günayın etdiyi layihədə Tuba Büyüküstün və Halit Ergençin təsirli oyunları ilə tamaşaçılara unudulmaz anlar yaşadacaq.
Serial aktrisa Manolyanın təcrübəli jurnalist Hakanın müsahibə verməsi və bundan sonra başlayan mürəkkəb münasibətlərindən bəhs edir.
Qeyd edək ki, layihə 2003-cü ildə rejissor Teo van Qoqun çəkdiyi "Müsahibə" filminin hekayəsi əsasında çəkilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB