İlin ən pozğun partisi təşkil edildi - FOTOLAR

Nastyuşka Opasnost ləqəbi ilə tanaınan Nastya İlyayeva Moskvada söz verdiyi vədinə əməl edərək, ilin ən pozğun partisini təşkil edib. SİA xəbər verir ki, dekabrın 20-dən 21-nə keçən gecə paytaxtdakı gecə klublarından birində ulduzların iştirakı ilə yarıçılpaq bir məclis keçirilib. Geyim koduna əsasən bütün qonaqlardan alt paltarında gəlmək tələb olunub. Və çoxları buna sözün əsl mənasında əməl edib. Hətta gecəyə tamamilə soyunaraq idman ayaqqabıda gələnlər də olub. Məlum olub ki, aparıcı Kseniya Sobçakın yanındakı bu gənc Vacio ləqəbli reper Nikolay Vacilyevdir.

Gecənin qonaqları arasında məşhur aparıcı Kseniya Sobçak, Filipp Kirkorov, Olqa Orlov, Ciqan, Dima Bilan, Qlükoza və başqaları iştirak edib.

“Nəhayət, hamı soyunacaq və bunu gözəl şəkildə edəcək. Mən azad və gözəl qadınları göstərmək istəyirəm, onlarla və bütün qonaqlarla bir müddətdir ki, çoxdan gözlənilən sənət layihəsini qeyd etmək istəyirəm. Onu təqdim etmək və bu ili gözəl başa vurmaq istəyirəm!” , - gecənin təşkilatçısı açıqlamasında bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə