Moskva Şəhər Məhkəməsi rusiyalı müğənni Filipp Kirkorovun paytaxtın Şəhər Əmlakı Departamentinə qarşı iddiasını təmin etməyib. Müğənninin sözlərinə görə, guya idarə onun mənzilinin vergisini səhv hesablayıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri “RİA Novosti” yayıb.
Qeyd olunur ki, Kirkorov iddiasında "mənzilinin kadastr dəyərini 229.477.000 rubl məbləğində müəyyən etməyi tələb etdi" ki, bu da Şəhər Əmlakı Departamentinin alt qruplarına görə mənzilin dəyərindən əhəmiyyətli dərəcədə (318.042.513 rubl.) aşağıdır.
Bu zaman mənzil vergisi bu məbləğdən hesablanır. Real kadastr dəyərini hesablamaq üçün məhkəmə müstəqil məhkəmə ekspertizasının keçirilməsinə qərar verib.
Məhkəmə ekspertizasının rəyinə görə, inzibati iddiaçı tərəfindən təqdim edilən qiymətləndirmə hesabatı qiymətləndirmə fəaliyyəti haqqında qanunvericiliyin tələblərinə və federal qiymətləndirmə standartlarının tələblərinə uyğun gəlmir. Qiymətləndirici tərəfindən yol verilmiş qanun pozuntuları ekspertiza rəyinin mətnində ətraflı təsvir olunub.
Bu məhkəmənin açıqlamasında bildirilir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB