İnfluenser Kiara Ferraninin şirkəti 1,18 milyon dollar cərimə ödəməlidir. SİA xəbər verir ki, bu barədə İtaliyanın Antiinhisar Xidməti məlumat yayıb. O, "Balocco" ilə birlikdə "Ferrani" Milad tortları seriyası yaradıb. Reklam kampaniyasında məhsulun satışından əldə edilən pulun bir hissəsinin uşaq xeyriyyə fonduna veriləcəyi bildirilib. Lakin antiinhisar xidməti yoxlama aparıb və müəyyən edib ki, Ferranidən fonda heç bir maliyyə daxil olmayıb. Təşkilat nümayəndələri bildiriblər ki, reklam və baha qiymətlər (bu brendin adi keksi dörd avroya, bloqqerin məhdud buraxılışı isə doqquz avroya başa gəlir) istehlakçıları çaşdırır. Belə ki, alıcılar tort almaqla Turin xəstəxanasında xərçənglə mübarizə aparan xəstələrə müyyən yardım etdiklərini düşünürlər. Eyni zamanda, "Ferrani" şirkəti brendin dəyişdirilməsi və bununla bağlı reklam fəaliyyətləri üçün 1 milyon dollardan çox pul alıb.
Qalmaqal yayıldıqdan sonra blogger vəziyyətlə bağlı açıqlama verib. Kiara cəzanı ədalətsiz hesab etdiyini, buna etiraz edəcəyini və gələcəkdə xeyriyyəçiliklə ticarəti ayıracağını vəd etdiyini bildirib.
Qeyd edək ki, Kiara Ferrani dünyanın ən məşhur və yüksək qonorar alan influenserlərindən biridir. Onun İnstaqramında 30 milyona yaxın istifadəçi abunə olub.
Bütün xəbərlər Facebook səhifəmizdə