Aktyor Oksana Rəsulovaya olan duyğularını etiraf edib - FOTOLAR

Aktyor Ziya Ağa "Dönənlər" filmində, həm də M. Teatrının "İnstinkt" tamaşasında tərəf müqabili olduğu Oksana Rəsulovaya olan duyğularını etiraf edib. SİA xəbər verir ki, aktyor bu barədə sosial mediada yazıb.

O, Oksana ilə fotosunu paylaşaraq onun bu gün 40 yaşı tamam olması münasibəti ilə təbrik edib. "Yaxşı ki, varsan! Varlığın bu dünyaya işıq saçır, gözəllik qatır! Sən həyatımıza, səhnəmizə çox yaraşırsan! Sən sənət üçün, səhnə üçün doğulmusan! Nə yaxşı ki, doğulmusan, həyatımızdasan! Sən çox özəlsən !", - sözlərini yazan 32 yaşlı sənətçi sonda həmkarına ürək işarəsi qoyub.

Həmçinin aktrisa cavabında "Can Ziya, çox sağol əzizim, birdənəsən" yazıb. Məşhurların bir-birinə yazdığı sevgi dolu və səmimi sözləri diqqət çəkib.

Bütün xəbərlər Facebook səhifəmizdə