İttihamın biri də İspaniyadan gəldi...

İspan jurnalist Rut Basa fransız aktyor Jerar Depardyeni 1995-ci ildə baş verdiyi iddia edilən cinsi təcavüzdə ittiham edib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə “La Vanguardia” qəzeti məlumat yayıb.

Onun məlumatına görə, media işçisi İspaniya Milli Polisinə şikayət edib və onun Fransa hakimiyyəti ilə əlaqə saxlaması gözlənilir. Basanın sözlərinə görə, hadisə onun 23 yaşı olanda baş verib. Belə ki, o, Parisdə “Cineman” jurnalı üçün aktyordan müsahibə alırmış.

Bundan əvvəl 74 yaşlı aktyoru fransız aktrisa Helen Darras təqib etməkdə ittiham etmişdi. Bundan əlavə, dekabrın əvvəlində “France 2” telekanalı Depardyenin 2018-ci ildə KXDR-ə səfəri zamanı qadınlara qarşı nalayiq ifadələr işlətdiyinə dair arxiv görüntülərini əks etdirən reportaj yayılıb.

Yeri gəlmişkən, aktyorun ailəsi “Le Journal du Dimanche” qəzetində onun müdafiəsi üçün açıq məktub dərc edərək, proqram müəlliflərini faktlarla manipulyasiya etməkdə və bəzi kadrları redaktə edərək istədikləri obrazı süni şəkildə yaratmağa çalışmaqda ittiham ediblər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə