Məşhur müğənni özünü Barış Mançoya bənzədib

Türk Müğənni Buray ötən gün jurnalistlərə müsahibə verib. SİA Türkiyə mətbuatına əsasən xəbər verir ki, özünü səyyah adlandıran müğənni Buray, gələcək işlərindən danışıb. Buray bildirib ki, türk sənət dünyasının məşhur müğənnisi Barış Manço kimi səyahət etmək və onun kimi musiqi yaratmaq istəyir.

Buray bunları deyib: "Getdiyim hər ölkənin mədəniyyətini öyrənir və oranın musiqiçiləri ilə tanış oluram. Orada yeni çalğı alətləri kəşf edirəm və öyrəndiklərimi musiqimdə istifadə edirəm. Məncə, mərhum sənətçi Barış Manço 120-yə yaxın ölkəyə səfər edib. Onun musiqilərini böyük zövqlə dinləyirəm və getdiyi ölkələr qədər səyahətlərə getmək istəyirəm".

Sevilin Abbasova

Bütün xəbərlər Facebook səhifəmizdə