Braziliyalı müğənni ifa zamanı dünyasını dəyişib

Braziliyalı müğənni Pedro Henrique 30 yaşında vəfat edib. Sənətçi çərşənbə günü axşam konsert verib, lakin ifa zamanı səhnədə huşunu itirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, xəbəri TMZ verib.

Hadisə Feyra de Santana şəhərində baş verib. Müğənninin yıxılıması "Vai Ser Tao Lindo" hitinin ifası zamanı baş verib.

Bəzi pərəstişkarları tərəfindən çəkilən və yayımlanan anın görüntüləri internetdə yayılır. Enrikenin tarazlığını itirdiyini göstərirlər. Dərhal ona kömək etməyə çalışdılar. Həkimlər müğənnini xəstəxanaya yerləşdiriblər, ancaq xəstəxana onun ölümünü bildirib.

Pedro Enrikenin nümayəndələrinin sözlərinə görə, sənətçi infarktdan dünyasını dəyişib.

Bundan əvvəl məşhur ifaçı İrina Dubtsovanın Kremldəki konsert zamanı özünü pis hiss etdiyi bildirilirdi. Ulduz sosial şəbəkələrdə pərəstişkarlarına təcili yardıma ehtiyacı olduğunu etiraf edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə