Adı hər il başqa bir gözəllə hallanan və evlənməməyə and içən 49 yaşlı aktyor Leonardo Di Kaprio Londonun "Chiltern Firehouse" gecə klubunda supermodel Keyt Mossun kiçik bacısı Lotti Mossla görüntülənib. SİA xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Qeyd olunub ki, 49 yaşlı Di Kaprio və 25 yaşlı Lotti kluba bir neçə dəqiqə fərqlə gəlib və birlikdə vaxt keçiriblər.
"Leonardo və Lotti eyni zalda olub və açıq-aydın bir-birlərini cəlb etməyə çalışıblar. Əyləncə sona çatana qədər onlar söhbət edib gülübülər. Cütlük səhər tezdən klubdan ayrıldılar. Onların hər ikisi əylənməyi sevən insanlardır", - mənbə bildirib.
Maraqlıdır ki, 30 il əvvəl Di Kaprio bir müddət Lottinin böyük bacısı Keyt Mossla görüşüb.
Qeyd edək ki, Lotti Moss həm də modellik karyerası qurmağa çalışır, həm də "OnlyFans" platformasında model kimi çalışır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB