Depardyeni cinsi təcavüzdə ittiham edən aktrisa intihar edib
Jerar Depardyeni cinsi təcavüzdə ittiham edən aktrisa intihar edib. Bu barədə Fransanın Liberation nəşri məlumat yayıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, 60 yaşlı Emmanuelle Debeverin ölüm xəbəri 2023-cü il dekabrın 7-də mediada yer alıb. Bildirilir ki, yerli televiziyada Depardyeyə qarşı ittihamlarla bağlı sənədli film yayımlanan gün aktrisa intihar edib.
Xatırladaq ki, aktyorlar 1982-ci ildə ekranlara çıxan “Danton” filmində birlikdə rol almışdılar. Bundan sonra Debever ictimaiyyətə çıxmağı dayandırdı və peşəkar karyerasına son qoydu. Və 30 ildən çox müddət sonra sənətçi Depardyeni cinsi təcavüzdə ittiham etdi.
Yeri gəlmişkən, Depardye heç vaxt günahını etiraf etməyib və qadını heç vaxt incitməyəcəyini bəyan edib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB