Safurə yeni evinin görüntüsünü paylaşıb

Safurə yeni evinin görüntüsünü paylaşıb

"Avroviziya" təmsilçilərimizdən olan Safurə Əliyeva evinin görüntüsünü yayımlayıb. SİA xəbər verir ki, müğənni Türkiyədəki evindən çəkdirdiyi şəkilləri instaqram hesabında paylaşıb.

Müğənni Azərbaycanı 2010-cu ildə Oslo şəhərində keçirilən 55-ci Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. 145 xalla 5-ci yeri tutmuşdur. Daha sonar isə 2010-cu ildə "Yeni Ulduz 8" layihəsinin qalibi olub.

5 iyul 2013-cü ildə Səfurə Bodrumda Azərbaycan Respublikasının Energetika Naziri Natiq Əliyevin oğlu Fərhad Əliyev ilə ailə həyatı qurmuşdur. 10 avqust 2014-cü ildə isə Səfurə xanımın ilk uşağı dünyaya gelib. Onun İsgəndər, Ayşə və Natiq adlarında 3 övladı var.

Sevilin Abbasova

Bütün xəbərlər Facebook səhifəmizdə