“Başımı yastığa rahat qoya bilmirəm” - Aktyor

Sənət dünyasının məşhur adları Fələstinə dəstək verərkən, İsrailə də reaksiya verməyə davam edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu dəfə türk aktyor İsmail Hacıoğlu, Fələstinlə bağlı paylaşımlarına görə onu tənqid edənlərə belə reaksiya verib.

O, “Niyə həmişə Fələstin mesajları göndərirsən” deyən dostlarım, mənim səyfəmi izləməyə bilərsiniz. Çünki mən yatanda yastığa başımı rahat qoya bilmirəm” deyib.

Mövzu ilə bağlı türk dünyasının sevilən superstarı Ajda Pekkan da səssiz qalmayıb: “Ürəyimiz Qəzza üçün döyünür. Dünyada sülhün olmasını, Qəzzada müharibənin bir an əvvəl bitməsini arzulayıram” deyə qeyd edib.

İsrailə reaksiya verənlərdən biri də məşhur İspan ulduz Penelopa Kruz olub. Kruz öz postu ilə dərhal atəşkəsə çağırıb.

“Uşaqlar nə müharibə başladır, nə də ki bu müharbəni dayandıra bilir. Hər iki tərəf şiddəti və uşaqlara qarşı edilən bu haqsızlığı sonlandırmalıdır”.

Sevilin Abbasova

Bütün xəbərlər Facebook səhifəmizdə