Tom Kruz indi də deputat qızını "bişirib"?

61 yaşlı amerikalı aktyor Tom Kruz Dövlət Dumasının Vahid Rusiyadan olan keçmiş deputatı Rinat Xairovun 36 yaşlı qızı Elsinanın yanında görüntülənib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Daily Mail” yayıb.

Deyilənlərə görə, axşam saat 21 radələrində onlar birlikdə Londonda ziyafətə gəliblər. Tədbirdə iştirak edən qonaqlardan birinin dediyinə görə, “onlar ayrılmaz idi”?

Həmən qonaq aktyorun qıza olan bağlılığına diqqət çəkib. Mənbə qeyd edib ki, onlar bütün gecəni rəqs ediblər. Cütlük tədbiri yalnız səhər saatlarında tərk edib.

Nəşrdə qeyd edildiyi kimi, bayramın özündə əsasən rusdilli insanlar iştirak edirdi. O da vurğulanır ki, Kruz orada qalanlarla çox nəzakətli davranıb.

Qeyd edək ki, əvvəllər Kruz müğənni Şakira ilə münasibətdə şübhəli bilinirdi. Bu barədə şayiələr onlar Formula 1 mərhələlərinin birində birlikdə göründükdən sonra yayılmağa başlamışdı

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə