Rihanna fevral ayında xüsusi bir təşkilat üçün İstanbulda pərəstişkarları ilə görüşəcək. Daha əvvəl dəfələrlə Türkiyədə olan və verdiyi konsertlərlə hər kəsi heyran edən Rihannadan daha bir sürpriz gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, ötən gün dünyaca məşhur menecer Mani Nordinə məşhur biznesmen Fırat İgidin dəvəti ilə İstanbula xüsusi qonaq kimi gəlib.

Dostları ilə restoranda nahar etdikdən sonra qaldığı otelə gedən məşhur menecer jurnalistlərin suallarını cavablandırmayıb. Məşhur menecerin Türkiyəyə niyə gəldiyi də məlum olub. Bir müddətdir İstanbulda olan Nordinenin, Rihannanı İstanbula gətirəcəyi öyrənilib. Dünya şöhrətli ulduz müğənni fevralda xüsusi təşkilatda iştirak edəcək.

Xatırladaq ki, təxminən 10 il əvvəl Beşiktaş stadionunda konsert verən Rihannanın möhtəşəm konserti olub və minlərlə insan dünyaca məşhur ulduzu dinləməyə gedib. Bir müddət İstanbulda qalacaq məşhur menecer Mani Nordine intensiv görüşlər keçirəcək. Rihanna, Akon, Puff Daddy, Snoop Dogg, Usher, Pitbull, Pharell Williams, Will I Am, Chris Brown, 50 cent kimi bir çox məşhurun menecerliyini edir.

Sevilin Abbasova

Bütün xəbərlər Facebook səhifəmizdə