Əslən dominikanlı olan amerikalı repçi, bəstəkar Kardi B 5 illik evliliyinə son qoyub. SİA xarici mediaya istinadən xəbər verir ki, sənətçi bu haqda sosial şəxsi hesabında məlumat verib və "yenidən subayam” şərhini yazıb. 31 yaşlı Kardi B pərəstişkarlarına şəxsi həyatı haqqında açıqlamalar verib: "2024-cü ilə təmiz səhifə ilə başlamaq istəyirəm. Bilmirəm, yeni həyata başlamaqda maraqlıyam və bəli, həyəcanlıyam”.
Xatırladaq ki Kardi B və həmkarı Offset 2018-ci ildə ailə qurub. Onların bu evlilikdən iki övladı var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB