Müğənni Nazənin Salayeva ona "çəpgöz" deyən Təranə Qumrala cavab verib. SİA xəbər verir ki, "Kanal-S" də yayımlanan "Xeyirli axşamlar" verilişinə qonaq olan Nazənin, Təranənin iddialarına cavab verib: "Qüsurlu olmaya-olmaya mənə çəpgöz dedi. Bilirsiniz bu nədən qaynaqlanır? Axı mənim adımı çəkə bilməz. Başqa nə desin? Mən heç vaxt "Leş qarğalarına" fikir verən insan deyiləm. Atalar yaxşı deyib, su çıxanda boğaza, meymun balasını da qoyur ayağının altına".

Xatırladaq ki, Təranə Qumral qonaq olduğu verilişdə Nazəninin ünvanına "Çəp gözlərinlə bir mənə bax" ifadəsini işlətmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə