Hande Erçel haqda şok iddia irəli sürülüb

Burak Denizlə birlikdə rol aldığı "Bam Başka Biri" serialının erkən finalı xəbəri hər kəsi təəccübləndirən Hande Erçel haqda şok iddia irəli sürülüb. SİA Türk mediasına əsasən xəbər verir ki, onun serialdan tez ayrılmasını məhz hamilə olması ilə əlaqələndiriblər.

Hakan Sabancı ilə evlənməyə hazırlaşdığı öyrənilən məşhur aktrisanın bir neçə gün öncə qadın həkimi ilə foto paylaşması və paylaşdığı fotolarda qarnının bəlli olması iddiaları gücləndirib. Cütlük isə yayılan xəbərlər haqda heç bir məlumat verməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə