Tolik "instagram" blogerlərini ifşa etdi

Tanınmış teleaparıcı, prodüser Tarix Əliyev bəzi blogerlərin "instagram"da təşkil etdiyi hədiyyəli yarışları saxta adlandırıb. SİA xəbər verir ki, o, ad çəkmədən bəzi "instagram" fenomenlərini tənqid edib: ""İnstagram"da bezdirdiniz saxta giveveyləriniz ilə. Səhifəniz saxta, şərhləriniz saxta, bəyənmələriniz saxta! İnsanların da artıq gözü açılıb. Vəd etdiyiniz takib sayını da sponsorlara verə bilmirsiz. Ona görə də həmin səhifələrə saxta izləyici vurursuz. 1-2 bloger də arxamca danışıb. Hər şey qulağıma çatıb. Mən danışsam, başqa cür olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə